Naxçıvan şəhərində avtomobil 28 yaşlı qadını vurub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.
Avtomobil yolu qarşı tərəfə keçən Naxçıvan şəhər sakini, 1997-ci il təvəllüdlü Quliyeva İlkanə Kirman qızını vurub.
Xəsarət alan qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Naxçıvanda maşın gənc qadını vurub xəstəxanalıq etdi
0
0
0
0