Naxçıvanda mağaza və aptek qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər ərazisində bir mağazadan 15000 manat pul, digər mağazadan 400 manat pul və 100 manat dəyərində danışıq kartları, bir aptekdən 1484 manat pul və 380 manat dəyərində kameranın yaddaş qurğusu oğurlanıb.
Naxçıvan şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Tovuz rayon sakini E.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.