Naxçıvan hava limanında 10 minlik OĞURLUQ:  saxlanılanlar var
28 avqust 2025 10:30 (UTC +04:00)

Naxçıvan hava limanında 10 minlik OĞURLUQ: saxlanılanlar var

Naxçıvan hava limanında oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən Lent.az-a verilən məlumata görə, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər - 28 yaşlı Hüseyn  Həmzəyev və tanışı  20 yaşlı Səid Kərimli saxlanılıblar. 

Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 000 manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 350

Oxşar yazılar