Naxçıvanda əhalidə qanunsuz saxlanılan odlu silahların müəyyənləşdirilərək götürülməsi sahəsində təxirəsalınmaz tədbirlər görüllür.
Naxçıvan Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Culfa Rayon Polis Şöbəsinin (RPŞ) əkəməkdaşları rayonun Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd JP-18 markalı 28 mm-lik ov tüfəngi, Kəngərli RPŞ-in əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabidin oğlundan 1 ədəd Teksan-S-870 markalı 16 mm-lik ov tüfəngi və Şahbuz RPŞ-in əməkdaşları Şahbuz Rayon Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan F-99 markalı 9 mm -lik qaz tapançası aşkarlayaraq götürüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.