Narkotik istifadə edən sürücü saxlanıldı
30 yanvar 2023 13:44 (UTC +04:00)

Narkotik istifadə edən sürücü saxlanıldı

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 28-də saat 23 radələrində Şəmkir rayonu ərazisində yerləşən Yol Patrul Xidməti Alayının postunda Gəncə şəhər sakini Murad İbrahimovun idarə etdiyi “Toyota” markalı avtomobil işıq cihazlarından düzgün istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları saxlayıb. 

Sürücünün narkotik vasitənin təsiri altında olması müəyyənləşdirilib.

M.İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci maddəsinə əsasən protokol tərtib edilib. 

Şəmkir rayon məhkəməsinin qərarı ilə o, 2 il sürücülük hüququndan məhrum edilməklə 4 gün müddətinə inzibati qaydada həbs olunub.

# 1614
avatar

Arzu Qurbanlı

Oxşar yazılar