Musiqi məktəbinin  qadın direktoruna   cinayət işi açıldı
29 dekabr 2023 18:16 (UTC +04:00)

Musiqi məktəbinin qadın direktoruna cinayət işi açıldı

Musiqi məktəbinin direktorunun qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.

Goranboy rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, Naftalan şəhər uşaq musiqi məktəbinin direktoru Almaz Əliyevanın qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Toplanmış sübutlarla Almaz Əliyevanın həmin vəzifədə işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək məktəbin ayrı-ayrı müəllimlərinə əsassız əməkhaqqı hesablanıb ödənilməsinə nail olmaqla xeyli miqdarda büdcə vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Almaz Əliyevaya Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla israf etmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Naftalan şəhər məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4467
avatar

Oxşar yazılar