“Muğanbank” məhkəməyə verildi -  SƏBƏB
02 iyul 2021 19:55 (UTC +04:00)

“Muğanbank” məhkəməyə verildi - SƏBƏB

“Muğanbank” Açıq Səhmdar Cəmiyyəti cərimələnib.

Lent.az-ın məlumatına görə, banka məxsus avtomobili yol polisi saxlayıb və ona cərimə yazılıb.

Həmin cərimə əsasında bank barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Maddə əsasında “Muğanbank” 300 manat məbləğində cərimələnə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

Mehman Nəbiyev

Oxşar yazılar