Müəllimi qaçırdılar, soyundurub   küçəyə atdılar
01 dekabr 2023 12:54 (UTC +04:00)

Müəllimi qaçırdılar, soyundurub küçəyə atdılar

Dağıstanda informatika müəllimi qaçırılıb. İki nəfər onu zorla maşına mindirib, daha sonra soyundurub kəndin mərkəzinə atıblar.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, zərərçəkən Xasavyurt rayonundakı kənd orta məktəbinin 33 yaşlı müəllimi olub. Axşam saat 6 radələrində işdən sonra iki nəfər onu zorakılıq hədəsi ilə maşına itələyiblər. Təxminən 40 dəqiqədən sonra müəllimi çılpaq halda kəndin ən sıx olduğu yerə düşürüblər.

Hadisəni törədənlər saxlanılıb. Onların 35 yaşlı İbrahim və 31 yaşlı Hüseyn olduğu üzə çıxıb. Məlum olub ki, informatika müəllimi evli həmkarı, həm də müəllimi ilə münasibətdə olub. Münasibətdə olduğu müəllimənin əri və qohumu ondan belə qisas alıblar. Onlara qarşı “Zorakı tətbiq etməklə adam oğurluğu” və “Xuliqanlıq” maddələri ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3801
avatar

Oxşar yazılar