Müdafiə Nazirliyindən erməni təxribatına CAVAB:  İtki və ya yaralı varsa...
06 iyul 2021 14:53 (UTC +04:00)

Müdafiə Nazirliyindən erməni təxribatına CAVAB: İtki və ya yaralı varsa...

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab verib.

Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur: “Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər”. 

Qeyd edək ki, Ermənistan tərəfi dövlət sərhədində atəşkəsin pozulması və hər iki tərəfdə yaralananların olması barədə məlumat yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3843
avatar

Oxşar yazılar