Odessa vilayətində sərxoş motosiklet sürücüsü sərnişinini itirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kişi bir anda arvadının arxada olmadığını görüb.
Qadın yıxılma zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib. Polisin verdiyi məlumata görə, 55 yaşlı kişi sərxoş halda “Dnepr MT-10” markalı motosikletin sükanı arxasında olub. O, Limanskoyedən Stepnoye kəndinə evə qayıdırmış.
Onunla 61 yaşlı arvadı sərnişin kimi gedirmiş. Bir anda kişi qadının arxada olmadığını görüb. Gəldiyi yolu geri qayıdan kişi arvadını yerdə ölmüş halda tapıb. Onu ən yaxın xəstəxanaya aparıb.