Balakəndə baş verən ağır yol qəzasında iki qardaşdan biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
Zaqatala rayonu Uzuntala kənd sakini 1994-cü il təvəllüdlü Şaban Rəcəb oğlu Çalabov idarə etdiyi “Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın yolun kənarında dayanan traktorun qoşqusuna çırpılıb. Qəza zamanı minik avtomobilində olan sərnişin, sürücünün əmisi Zaqatala rayonu Uzuntala kənd sakini 1955-ci il təvəllüdlü Əli Şaban oğlu Çalabov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin - sürücünün atası, 1958-ci il təvəllüdlü Çalabov Rəcəb Şaban oğlu Çalabov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.