Mingəçevirdə ana və övladları dəm qazından zəhərləniblər.
Lentr.az-ın məlumatına görə, hadisə H.Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.
38 yaşlı Nübar Yusifova, övladları - 16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli ( hər ikisi qız) və 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.
Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.