Mingəçevirdə 23 yaşlı oğlan su anbarında boğulub.
Lent.az xəbər verir ki, Gəncə şəhər sakini Kazımov Ramiz Raqif oğlu su anbarında çimərkən batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə də Mingəçevir şəhəri, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.