Milli Qəhrəman Hökumə Əliyevanın ailəsindən 80 min manat OĞURLANDI  - YENİLƏNİB
18 yanvar 2025 10:56 (UTC +04:00)

Milli Qəhrəman Hökumə Əliyevanın ailəsindən 80 min manat OĞURLANDI - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edilməsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

***
10:30

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.

Lent.az xəbər verir ki, bu barədə ölkə.аz-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib. O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu “Kapital bank”ın əməkdaşı olduğunu deyərək aldadıb:

"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, “Kapital bank”ın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".

C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “Qaynar xətt”inə zəng edərək məlumat verib.

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1773
avatar

Oxşar yazılar