Bakıda intihar edən qadının kimliyi məlum olub.
Lent.az xəbər verir ki, MİDA-nın evlərində kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Arzu Hüseynova yaşadığı mənzilin yataq otağından özünü ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
***
20 avqust, saat 23:40
Suraxanı rayonunda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan Yaşayış Kompleksindəki 8-ci binada qeydə alınıb.
İlkin məlumata görə, sözügedən binada kirayə qaldığı bildirilən qadın özünü 10-cu mərtəbədən atıb.
Fakt üzrə araşdırma aparılır.