Bakıda koronavirus xəstəsi karantin qaydalarını pozub.
Daxili İşlər Nazirliyindən Lent.az-averilən məlumata görə, metronun "Nərimanov" stansiyasında aktiv koronavirus xəstəsi, 33 yaşlı Şərəf Quliyev saxlanılıb.
Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.