Məşhur ginekoloqa seks cinayətləri   İTTİHAMI
22 avqust 2024 19:59 (UTC +04:00)

Məşhur ginekoloqa seks cinayətləri İTTİHAMI

Avqustun 21-i səhər saatlarında İsrailin dövlət prokurorluğu pasiyentlərinə qarşı çoxsaylı cinsi cinayətlərdə ittiham olunan məşhur ginekoloq, professor Menahem Alkalaya qarşı ittiham irəli sürüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ginekologiya, mamalıq və uroginekologiya sahəsində tanınmış ekspert, professor Alkalay 2013-2021-ci illərdə rəhbər vəzifələrdə çalışıb. O, Tel ha-Şomerdəki “Şeba” xəstəxanasında və Tveriyadakı “Poriya” xəstəxanasında uroginekologiya şöbəsinin müdiri olub. Həmçinin bu müddət ərzində o, Modiin və Ramat-Qandakı klinikalarda özəl təcrübə keçib.

İttihama görə, Alkalay cinsi istəklərini təmin etmək üçün vəzifəsindən və xəstələrinin etibarından istifadə edərək müayinələr zamanı onların həssas vəziyyətindən sui-istifadə edib. İttiham aktında deyilir ki, həkim müayinələr zamanı nalayiq hərəkətlər edib və bunun tibbi prosedurun bir hissəsi olduğunu iddia edib.

Məhkəmə zərərçəkmişlərin şəxsiyyətini açıqlaya biləcək məlumatların, habelə ittiham aktının tam mətninin dərcinə qadağa qoyub. Prokurorluq ittiham aktı ilə yanaşı professorun gələcək peşə fəaliyyətinə qadağa qoyulması üçün məhkəməyə vəsatət də göndərib.

İstintaq 2021-ci ildə 35 qadının həkimin təcavüzünə məruz qalmasından sonra başlayıb. Nəticədə 20 xəstə ifadə verib, 9 epizod ittiham aktına salınıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1188
avatar

Oxşar yazılar