Ərəb kino ulduzu Cəvahir 46 yaşına üç gün qalmış xərçəng xəstəliyindən vəfat edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlcə testlərdəki səhvə görə sənətçiyə səhv diaqnoz qoyulub.
Cəvahir səhhətində yaranan ciddi problemlərə görə, aktyorluq karyerasına bir neçə dəfə ara verib. 2020-ci ilin qışında ona xərçəng diaqnozu qoyulub. Məşhur aktrisaya testlərdəki səhvə görə ilk vaxtlar yanlış diaqnoz deyilib.
Aktrisa 50-dən çox kimyaterapiya seansı keçib, lakin qarşısını almaq mümkün olmayıb.
Qeyd edək ki, Cəvahir iki dəfə evlənib və üç övladı var.