ABŞ-ın Şimali Karolina ştatında dekabrın əvvəlində itkin düşən 16 yaşlı qız Kentukki ştatında yaşayan kişinin evində sağ tapılıb.
Lent.az xarici mediaya isitnadən xəbər verir ki, məktəbli qız noyabrın sonunda Fayetteville şəhərindən yoxa çıxıb. Məlum olub ki, qız internetdə özünü 19 yaşlı oğlan kimi göstərən bir kişi ilə tanış olub.
Cütlük görüşməyə razılaşıb, “gənc oğlan” qızı qaçıraraq Kentukkiyə aparıb və onu evin zirzəmisində saxlayıb. 34 yaşlı Zakari Cons əsiri ölümlə hədələyib və ona təcavüz edib.
Qaçırılan şəxsin anası cinayət barədə polisə məlumat verib, amerikalı həbs edilib və ona müxtəlif maddələrlə 30-dan çox ittiham irəli sürülüb. Azyaşlı xəstəxanaya yerləşdirilib, müalicə olunduqdan sonra qız valideynlərinə təhvil verilib.