"Məktəbin damına bomba qoyulub..." - POLİS YALANÇINI SAXLADI
30 oktyabr 2021 13:40 (UTC +04:00)

"Məktəbin damına bomba qoyulub..." - POLİS YALANÇINI SAXLADI

Oktyabrın 29-da DİN-in “102 - Zəng Mərkəzi”nə zəng edən şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat verilib.

Lent.az xəbər verir ki, məsələ ilə bağlı dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, amma fakt təsdiqini tapmayıb. 

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs - Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2152

Oxşar yazılar