Məktəbdə KORRUPSİYA:  cinayət işi açıldı
19 yanvar 2023 11:24 (UTC +04:00)

Məktəbdə KORRUPSİYA: cinayət işi açıldı

Cəlilabad rayon Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatlarına görə əmək haqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

# 2583
avatar

Oxşar yazılar