Abşeron rayonunda kütləvi dava olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.
Bir qrup şəxs arasında düşən davada 4 nəfər yaralanıb. Onlardan Elmir Zeynalovun burnu, Asif Quliyevin qolu sındırılıb, Vüsal Quliyev və Tural Orduxanov bud və kürək nahiyəsindən bıçaqlanıblar.
Hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsində araşdırılma aparılır.