Bakının Maştağa qəsəbəsində yerləşən marketlərin birindən 700 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş V.Dadaşov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.