Şabranda avtomobil kanala aşıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Gəndov kəndində "Opel" markalı minik avtomobili Samur-Abşeron kanalına aşıb. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 59 yaşlı Quliyev Mənsim Qəhrəman oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.