Maşını aşırdı,  anası öldü
11 may 2022 11:09 (UTC +04:00)

Maşını aşırdı, anası öldü

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə mayın 10-da saat 13 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini B.Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobili aşırıb. Nəticədə sərnişini olan anası Məhluqə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

# 3351
avatar

Mehman Nəbiyev

Oxşar yazılar