Marneulidə azərbaycanlı uşağı maşın vurub  - həyatını xilas etmək mümkün olmayıb
29 aprel 2026 02:03 (UTC +04:00)

Marneulidə azərbaycanlı uşağı maşın vurub - həyatını xilas etmək mümkün olmayıb

0

Aprelin 28-də Marneuli–Bolnisi magistralının Kolayır kəndi ərazisində yol kənarında velosipedlə oynadığı bildirilən 10 yaşlı Eldar Hüseynovu yüksək sürətlə hərəkət edən avtomobil vurub. 

Gürcüstanda fəaliyyət göstərən aktual.ge saytı yazıb ki, hadisə nəticəsində yaralanan uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Saytın yazdığına görə, uşağın cəsədinin valideynlərinə bildirilmədən ekspertizaya aparılması  qohumlarının etirazına səbəb olub.

Sakinlər yolu bağlamağa cəhd etsələr də, yerli polisin müdaxiləsi ilə nəqliyyatın hərəkəti bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar