Şəmkirdə mağaza qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki mağazaların birindən 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.