Lənkləranda  EV YANDI,   yanğından qurtulmaq üçün özünü pəncərədən atdı-YENİLƏNİB
09 noyabr 2022 03:22 (UTC +04:00)

Lənkləranda EV YANDI, yanğından qurtulmaq üçün özünü pəncərədən atdı-YENİLƏNİB

 

Lənkəran rayonunun Digah kəndində baş verən yağın tam söndürülüb.

APA-nın Cəub bürosunun məlumatlna görə, birmərtəbəli - sahəsi 150 kvadratmetr olan ev tamamilə yanıb.

Xəsarət alan digər şəxsin kimliyi məlum olub.

Bu, Hüseynova Elnurə Emin qızıdır.

Xəsarət alan hər iki şəxs bacıdılar. Onların müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 02:58

Lənkəranda yanğın olub.

Lent.az APA - nın Cənub bürosuna istinadən xəbər verir ki, hadisə Digah kəndində qeydə alınıb.

Baş verən yanğında 2 nəfər xəsarət alıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub.

1976 - cı il təvəllüdlü Natəvan Sənan qızı Hüseynovaya məxsus evdə olan sakinlərdən biri, 2004 - cü il təvəllüdlü Nigar Emin qızı Hüseynova yanmamaq üçün özünü pəncərədən aşağı atıb.

Təcili Tibbi Yardım avtomobili ilə o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər ona hər iki ayağının sınığı diaqnozu ilə ilkin tibbi yardım göstəriblər.

Xəsarət alan digər şəxs ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hazırda yanğının qarşısını almaq üçün tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2127
avatar

Oxşar yazılar