Lənkəranda bədbəxt hadisə baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Lənkəran şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşayış binasında qeydə alınıb. 12 yaşlı Ləman Elnur qızı İsmayılova evdə qardaşı ilə oynayarkən divandan yıxılıb və boynu sınıb. Aldığı xəsarətlərdən L.İsmayılova hadisə yerində ölüb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.