Lənkəranda zibillikdə meyiti tapılan 2 nəfərin kimliyi məlum olub.
Lent.az xəbər verir ki, araşdırmalar zamanı onların 59 yaşlı Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olmaları müəyyən edilib.
İlkin məlumata görə, onlar yanaraq ölüblər.
***
16 noyabr, saat 16:17
Lənkəranda 2 nəfərin cəsədi tapılıb.
Meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə, ölənlərin hər ikisi kişidir.
Faktla bağlı araşdırma aparılır./ APA