Lənkəranda intihar hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Şovu kənd sakini, 1965-ci il təvəllüdlü Rafəddin Gülhəsən oğlu Eynullayev yaşadığı evin həyətyanı sahəsində ağacdan özünü asaraq intihar edib.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədilər.
R.Eynullayevin hansı səbəbdən intihar etməsi hələki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.