Lənkəranda 2 yaşlı uşağı "tok"  vurdu-YENİLƏNİB
15 mart 2025 22:24 (UTC +04:00)

Lənkəranda 2 yaşlı uşağı "tok" vurdu-YENİLƏNİB

Azyaşlının elektrik cərəyanı vurması ilə bağlı Lənkəran rayon mərkəzi xəstəxanası açıqlama verib. 

Lent.az-ın xəbərinə görə, xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-ya bildirib ki, bu gün elektrik cərəyanı vurması səbəbilə 2023-cü il təvəllüdlü azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Azyaşlı şöbəyə daxıl olarkən həyat əlamətləri olmayıb, təcili yardım şöbəsinin həkimlərinin uğurlu müdaxiləsi nəcəsində uşağa dərhal ürək ağciyər reanimasiyası tətbiq olub.

Müdaxilələrdən sonra azyaşlının ürək fəaliyyəti bərpa olunub, vəziyyəti stabilləşib, Reanimasiya şöbəsinə yerləşdirilib. 

Daha sonra azyaşlı Bakı şəhərində yerləşən Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.

 

***
21:57

Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayon sakini 2 yaşlı qız  A.Səmədzadə elektrik cərəyanı vurması nəticəsində ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Uşağa ilkin tibbi xidmətlər göstərilib və ürək fəaliyyəti uğurla bərpa olunub.

İlkin məlumata görə, A.Səmədzadə soyuducunun cərəyan hissəsinə toxunub.

Qeyd edək ki, hazırda A.Səmədzadə müalicəsinin davamı üçün Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750

Oxşar yazılar