Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli axtarışa verildi
15 mart 2025 19:08 (UTC +04:00)

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli axtarışa verildi

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib.

Lent.az APA-ya istinadla bildirir ki, Sübhan Həsənli Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2 , 213.1 , 308.2 və digər maddələri ilə cinayət işi üzrə cəlb olunub.

Məlumata görə, Sübhan Həsənli 2020-2021-ci illərdə ABŞ-ın "FH1360" humanitar təşkilatı, Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb.

O, aldığı qrantları "xidmət müqaviləsi" ilə ölkəyə gətirib və leqallaşdırıb.

Guya bu beynəlxalq təşkilatlara xidmət göstərib və bunun əvəzində "xidmət haqqı" alıb. Əslində isə qrantlar bu adla rəsmiləşdirib, daha sonra isə həmin vəsaitlərlə maliyyə əməliyyatları aparıb, leqallaşdırıb.

Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Lakin istintaqdan qaçıb gizlənib.

Onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Barəsində axtarış elan edilib.

Qeyd edək ki, Sosial Hüquqlar Mərkəzi dövlət qeydiyyatından keçməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626

Oxşar yazılar

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12