Kürdəmirdə ev qarət olundu
13 iyul 2021 09:51 (UTC +04:00)

Kürdəmirdə ev qarət olundu

Kürdəmirdə evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, iyul ayının 4-də Kürdəmir rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 3800 manat, 700 ABŞ dolları, altı ədəd xalça, 3 ədəd televizor və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Şahin Şıxaliyev və Raqif Qədirov saxlanılıblar.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011
avatar

Mehman Nəbiyev

Oxşar yazılar