Şəmkirdə balıq tutmaq istəyən şəxs Kürdə boğulub.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Kür çayının rayonun Kür qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Gəncə şəhərində yaşayan Kəlbəcər rayon sakini, 35 yaşlı Zəka Abdullayev Kürdə batıb.
Hadisədən bir qədər sonra mərhumun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.