Tovuzda bir nəfər çayda batıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Kür çayının Tovuz rayonu, Qədirli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs 47 yaşlı Məmmədov Eldəniz Mikayıl oğludur. O, çayda balıq tuturumuş. Bu zaman ehtiyatsızlıqdan çaya yıxılıb.
Hazırda onun meyitinin axtarışları davam etdirilir.