Şəkidə məskunlaşan Ağdərə sakininin bankdan pul götürüb aldığı xırdabuynuzlu heyvanları canavar parçalayıb.
Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 31-dən noyabrın 1-ə keçən gecə Şəki rayonunun Sarıca kəndində baş verib. Gecə saatlarında Sarıca kəndində maskunlaşan Ağdərə rayon sakini Ayaz Əliyevin təsərrüfatına soxulan canavar 44 baş qoyundan 36 başını boğaraq tələf edib. Daha 8 baş qoyunu ağır yaralayıb.
Təsərrüfat sahibi qoyunları bankdan pul götürərək aldığını bildirir. A.Əliyev hadisə barədə müvafiq qrumları məlumatlandırıb.
Hadisə yerinə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Ağetliyinin nümayəndələri baxış keçirib, mövcud heyvanlardan 36 başının öldüyünü qalanlarının isə yararsız olduğunu bildiriblər. Ölmüş heyvanların cəmdəyi təlimata uyğun basdırılacaq, tövlə isə dezinfeksiya olunacaq.