Kosmetikası əlindən alınan məktəbli qız intihara cəhd etdi
03 oktyabr 2023 10:41 (UTC +04:00)

Kosmetikası əlindən alınan məktəbli qız intihara cəhd etdi

Altay diyarının Biysk şəhərində məktəbli qız valideynlərindən qisas almaq üçün intihara cəhd edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, məlumata görə, o, yuyucu gel içərək özünü öldürmək istəyib.

Qeyd olunub ki, 12 yaşlı məktəblinin müəllimləri ondan şikayət ediblər. Bundan sonra valideynləri ona bir müddət telefonu və kosmetikanı qadağan ediblər.

Hamama girən ana məktəbli qızının yuyucu gel içdiyini görüb. Uşaq xəstəxanaya çatdırılıb və həkimlər qıza kəskin zəhərlənmə diaqnozu qoyublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2916

Oxşar yazılar