Koronavirus xəstəsi  xəstəxananın pəncərəsindən  düşüb öldü
12 iyul 2021 19:22 (UTC +04:00)

Koronavirus xəstəsi xəstəxananın pəncərəsindən düşüb öldü

Moskvadakı xəstəxanaların birində koronavirus xəstəsi pəncərədən düşərək ölüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə iyulun 12-də yerli vaxtla səhər saat 8:40-da şəhərin cənub-şərqindəki hospitalda baş verib.  

Pəncərədən düşən kişi yerindəcə ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Ölənin 58 yaşı olub. Onun meyitini mühafizəçi aşkarlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2724
avatar

Oxşar yazılar