“ABC-Telecom” (Kontakt Home mağazalar şəbəkəsi) cərimələnib.
Lent.az-ın məlumatına görə, “Kontakt Home” gömrük qaydalarını pozub. Buna görə də mağazalar şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Tərtib olunan protokol baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. İş hakim Rəşad Cavadzadənin icraatına verilib.
Həmin maddə əsasında “Kontakt Home”u 1500 manat cərimə gözləyir.