Komada olan Vətən Müharibəsi iştirakçısı şəhid olub.
Lent.az-ın məlumatına görə, bir müddət əvvəl komaya düşən qazimiz, Masallı rayon İskəndərli kənd sakini Zeynal Füzuli oğlu Şahhüseynov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
İskəndərli kənd icra nümayəndəliyindən Lent.az-a faktı təsdiqləyiblər.
Bildirilib ki, şəhidimiz bu gün doğulduğu kənddə torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!