Kişi cehizə görə arvadının  burnunu dişlədi
26 dekabr 2023 19:35 (UTC +04:00)

Kişi cehizə görə arvadının burnunu dişlədi

Hindistanlı kişi ailəsindən cehiz almadığı üçün arvadını döyərək burnunu dişləyib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə Uttar-Pradeş ştatının Bareli rayonundakı Maheşpur kəndində baş verib. Nəcmi adlı qız 2022-ci ildə Nazim ilə ailə həyatı qurub. Cütlüyün indi beş aylıq bir oğlu var. Bütün bu müddət ərzində kişi və qohumları hindistanlı qadına sataşıb, onu evdən qovub və ondan cehiz kimi bir az da əşya verməsini tələb ediblər.

Kənd ağsaqqalları məclisi qadını əri ilə barışdıra bilib. Lakin dekabrın 15-də Nazim yenidən Nəcmi ilə işləri yoluna qoymağa başlayıb. Arvadını döyüb, müqavimət göstərəndə isə onun burnunu dişləyərək zorakılıqla hədələyib.

Nəcmi hazırda xəstəxanadadır. O, ərinə və onun beş qohumuna qarşı ifadə yazıb. Nazim, anası Rehana və atası Məcid Hüseyn həbs edilib. İstintaq davam edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3711
avatar

Oxşar yazılar