Antalyada meşəlik ərazidə başı və qolları olmayan çılpaq kişi meyitinin bədəninin qalan üzvlərinin tapılması üçün axtarışlara başlanılıb. Təxminən 20 nəfərdən ibarət çevik polis qrupu ətrafdakı ərazidə axtarışları davam etdirir.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, hadisə Kəpəz rayonu Santral məhəlləsi 3270 küçəsində baş verib. Əldə edilən məlumata görə, ailəsi ilə birlikdə gəzintiyə çıxan təqaüdçü polis məmuru Faruk Çavuş yolun kənarında cəsəd görüb. Çavuş bu haqda 112 Təcili Zəng Mərkəzinə bildirdikdən sonra bölgəyə çoxlu sayda polis və tibb qrupu göndərilib. Heyvan sığınacağına yaxın ərazidə tapılan kişi meyitinin baş və qollarının olmadığı müəyyən edilib.
Üzərində şəxsiyyətini təsdiqləyən çılpaq cəsəd Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılarkən, hadisə ilə bağlı araşdırmalara başlanılıb.