Kəndin keçmiş və indiki  bələdiyyə sədrlərinə   cinayət işi açıldı
10 avqust 2023 18:12 (UTC +04:00)

Kəndin keçmiş və indiki bələdiyyə sədrlərinə cinayət işi açıldı

Bələdiyyənin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib.

Sabirabad rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sabirabad rayonu, Qaralar bələdiyyəsinin keçmiş sədri Nəzirağa Quliyev və onun müavini, hazırkı bələdiyyə sədri Niyaməddin Məmmədovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Nəzirağa Quliyev və Niyaməddin Məmmədovun 2015-2019-cu illər ərzində xeyli miqdarda bələdiyyə əmlakını mənimsəmələrinə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələrinə, vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin mülkiyyət hüququ tanınmayan torpaq sahəsini satmalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sabirabad rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2544
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00