Kəlbəcərdə yaylaqları zəbt edən şəxsin qanunsuz əməllərinin QARŞISI ALINDI
17 iyun 2024 21:34 (UTC +04:00)

Kəlbəcərdə yaylaqları zəbt edən şəxsin qanunsuz əməllərinin QARŞISI ALINDI

Bəzi sosial şəbəkələrdə Kəlbəcər rayon sakini Rəşid Abbasov polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı hüquqi əsası olmayan iddialar yayılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Kəlbəcər rayon sakini R.Abbasov rayon ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilən yaylaq ərazilərinin qanunsuz olaraq zəbt etməsi və müxtəlif şəxslərə icarəyə verməsinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bununla razılaşmayan şəxs özünü şəhid ailəsinin üzvü kimi təqdim etməklə torpaqları icrayə verməklə yanaşı, əraziyə müxtəlif şəxsləri qanunsuz fəaliyyətə təhrik etməklə onlara havadarlıq edib, qanunların ona xüsusi imtiyaz verdiyini bildirib. Onun qanunsuz hərəkətləri ilə bağlı daxil olan məlumatlar üzrə vətəndaş polis şöbəsinə dəvət edilib, ona hüquqi izahlar verilib, hüquq-mühafizə orqanlarında işləyən yaxın qohumları söhbətlər aparıblar, bu əməllərindən çəkinməsi tövsiyə edilib.

Dəfələrə edilən xəbərdarlıqlara, izahlara, tövsiyələrə baxmayaraq, R.Abbasov qanunsuz əməllərini gündəmə gətirməklə, polisin onunla bağlı qanuni tədbirlərini şəxsi mülahizələrlə şərh edir, şəhid ailəsinə təzyiq adı altında çaşqınlıq yaradan ictimai fikir yaratmağa cəhdlər edir.

Hazırda rayon polis şöbəsində R.Abbasovun hərəkətləri ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq onun əməllərinə hüquqi qiymət veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3720
avatar

Oxşar yazılar

Ödənişli yolda AĞIR QƏZA:  8 yaralı var

Ödənişli yolda AĞIR QƏZA: 8 yaralı var

25 iyul 2024 , 13:11
Bakıda itkin düşən azyaşlı tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı tapıldı - YENİLƏNİB

25 iyul 2024 , 12:35
Sumqayıtda sürət qatarına daş atdılar

Sumqayıtda sürət qatarına daş atdılar

25 iyul 2024 , 12:24
Azərbaycanda körpə qızdırmadan öldü

Azərbaycanda körpə qızdırmadan öldü

25 iyul 2024 , 11:43
“Əl-Qaidə”nin azərbaycanlı üzvü  həbs edildi

“Əl-Qaidə”nin azərbaycanlı üzvü həbs edildi

25 iyul 2024 , 11:33
Şəmkirdə maşın kişini vurub öldürdü

Şəmkirdə maşın kişini vurub öldürdü

25 iyul 2024 , 11:06
Sabirabadda FACİƏ:  4 yaşlı oğlan kanalda boğuldu

Sabirabadda FACİƏ: 4 yaşlı oğlan kanalda boğuldu

25 iyul 2024 , 10:01
Bakıda DƏHŞƏT:  qadın özünü binadan atdı

Bakıda DƏHŞƏT: qadın özünü binadan atdı

25 iyul 2024 , 09:22