Kəlbəcərdə göldə batan hərbçinin axtarış işləri başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, axtarışda olan 40 yaşlı Fərzəliyev İlham Allahverdi oğlunun meyiti FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Saat: 09:24
Kəlbəcərdə göldə batan şəxsin axtarışları davam edir.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 40 yaşlı Fərzəliyev İlham Allahverdi oğlu batıb. Bu barədə nazirliyin qaynar xəttinə məlumat daxil olub.
Hazırda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, İlham Fərzəliyev Müdafiə Nazirliyinin əməkdaşıdır. Dünən onun Alagöldə batıması barədə nazirliyin məlumatını vermişdik.