Keçmiş prokurorun fahişəxana işlədən arvadı həbs olundu
28 oktyabr 2023 16:48 (UTC +04:00)

Keçmiş prokurorun fahişəxana işlədən arvadı həbs olundu

Kazanın keçmiş prokurorunun 35 yaşlı həyat yoldaşı azyaşlılar və narkoman işçiləri ilə əxlaqsızlıq yuvası yaratdığına görə həbs edilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, o, dekabrın 24-dək istintaq təcridxanasında qalacaq.

Məlumata görə, qadın masaj salonu açıb. Sonradan müstəntiqlər orada gənc qızların işlədiyini öyrəniblər. Daha sonra ona qarşı fahişəliyin təşkili maddəsi ilə iş açılıb. Bundan əlavə, işçilərdən birində hamiləliyin kəsilməsi ilə bağlı məlumat olduğu aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ehtimal edirlər ki, obyekti açan şəxs qızın seks salonunda işləməyə davam etməsi üçün onu abort etdirməyə məcbur edib.

Qadının əri də istintaqa cəlb edilib. O, sevgilisinin fahişəxanasını ört-basdır edib. Bundan əlavə, o, rüşvət almaqda şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5415
avatar

Oxşar yazılar