Məhkəmə külli miqdarda rüşvət almaqda təqsirli bilinən Omsk şəhərinin keçmiş polis rəisi Yevgeni Bıkovun qızından mənzili müsadirə edib.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, dəyəri 5,2 milyon rubl (təxminən 93 min 600 manat) olan obyekt dövlətə keçəcək.
2020-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Omsk şəhəri üzrə rəhbəri vəzifəsini tutan Bıkovun qızı tikintidə paylı iştirak müqaviləsi bağlayıb.
Müqavilənin predmet sahəsi 87 kvadratmetr olan mənzil olub. Eyni zamanda, o, tələbə olub və daimi gəlir mənbəyi yox idi. Valideynlərinin müqavilə üzrə bütün məbləği ödəmək üçün lazım olan vəsaiti qanuni şəkildə toplamaq imkanı da olmayıb.
Obyektin əldə edildiyi gəlirin mənşəyinin qanuniliyini sübut etmək mümkün olmayıb. Bununla bağlı vilayət prokuroru mənzilin Rusiya Federasiyasının gəlirinə çevrilməsi tələbi ilə məhkəməyə müraciət edib.
Məhkəmə iddianı tam təmin edib. 2023-cü ilin yanvarında məhkəmə Bıkovu külli miqdarda rüşvət almaqda təqsirli bilib. O, on il müddətinə azadlıqdan məhrum edilib və 20,7 milyon rubl (təxminən 372 min 600 manat) məbləğində cərimə ödəməyə məhkum edilib. Keçmiş polis rəisi də rüşvət məbləğini - 6,9 milyon rublu (təxminən 124 min 200 manat)qaytarmalıdır.