Keçmiş məhkum indi də qoyun oğurladı-FOTO
25 iyun 2021 09:12 (UTC +04:00)

Keçmiş məhkum indi də qoyun oğurladı-FOTO

Saatlıda oğurluq edən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 24-də rayon sakini C.Xankişiyevə məxsus 10 baş xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Sənan Aslanov saxlanılıb.

Dindirilmə zamanı S.Aslanov törətdiyi cinayət əməlini etiraf edərək, qonşusuna məxsus xırdabuynuzlu heyvanları oğurladığını və dəyərindən ucuz qiymətə satdığını bildirib. Polis əməkdaşları tərəfindən heyvanların yerləri müəyyən edilərək maddi sübut kimi götürülüb və zərərçəkmişə təhvil verilib.

Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində yerləşən evlərin birindən bir ədəd samovar oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı Saatlı rayon Polis Şöbəsində cinayət işi açılıb, S.Aslanovun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.

# 1287
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43
Bakıda evdə PARTLAYIŞ:  ölən var

Bakıda evdə PARTLAYIŞ: ölən var

19 aprel 2024 , 13:04
Bakıda yeniyetmə qız binadan yıxıldı

Bakıda yeniyetmə qız binadan yıxıldı

19 aprel 2024 , 12:02
Hamilə qadınların işə götürülməsi qaydası necədir?  – CAVAB 

Hamilə qadınların işə götürülməsi qaydası necədir? – CAVAB 

19 aprel 2024 , 11:36
Bakıda marketlərdən   oğurluq edən saxlanıldı

Bakıda marketlərdən oğurluq edən saxlanıldı

19 aprel 2024 , 10:52
Gəncədə qəzada yaralanan kişi öldü

Gəncədə qəzada yaralanan kişi öldü

19 aprel 2024 , 10:08