Keçmiş arvadını xüsusi amansızlıqda bıçaqladı: “Uşağın qız olduğunu biləndə...” - BİR CİNAYƏTİN TARİXÇƏSİ
01 iyul 2021 20:15 (UTC +04:00)

Keçmiş arvadını xüsusi amansızlıqda bıçaqladı: “Uşağın qız olduğunu biləndə...” - BİR CİNAYƏTİN TARİXÇƏSİ

Şamaxıda keçmiş arvadı Xanım Teymurovanı öldürməyə cəhddə təqsirləndirilən Elton Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Təqsirləndirilən E. Hüseynov məhkəmə çıxış edərək bildirib ki, həyat yoldaşı ilə 2016-cı ildə evləniblər. 2017-ci ildə onların qızları dünyaya gəlib. Cütlüyün münasibətləri ilk vaxtlar normal olsa da sonradan ailə üzvlərinin müdaxilələri səbəbi ilə ər-arvad arasında söz-söhbətlər yaranmağa başlayıb: “2017-ci ildə Xanım qızımızı qonşuya verərək, valideynlərinin evinə getdi. Həmin vaxt qızım Fatimə 49 günlük körpə idi. O vaxtdan bəri nə Xanım, nə də onun ailə üzvləri uşaqla maraqlanmayıblar. Fatiməni özüm tək böyütmüşəm. Bu hadisələrdən sonra Xanımı növbəti dəfə məhkəmə prosesi zamanı gördüm. Xanım uşağı ilə maraqlanmasa da cehizlərin bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. Hadisədən təxminən bir neçə gün əvvəl qardaşım arvadı Fərqanə mənə Xanımın növbəti dəfə ailə həyatı qurduğunu və hazırda Şamaxı şəhərində yerləşən "Ucuzluq" adlı paltar mağazasında işlədiyini dedi. Xanımın qızım Fatiməni məndən almaq fikrinə düşməsi barədə eşitmişdim. Buna görə də qərara gəldim ki, Xanımın işlədiyi mağazaya gedərək, onunla danışım və qızıma yaxın durmaması barədə onu tənbeh edim. Məqsədim onu fikrindən yayındırmaq idi. Həm də 3 ildən çox müddətdə qızı ilə maraqlanmadığı üçün Xanımın övladımı məndən almasını istəmirdim”.

Elton Hüseynov qeyd edib ki, səhəri gün evdən bıçağı götürərək Şamaxının mərkəzinə gedib: “Xanımın işlədiyi “Ucuzluq” adlanan mağazanın qarşısından keçən zaman taksidən düşdüm. Taksi sürücüsünə dedim ki, 5-6 dəqiqəlik işim var, məni gözləsin. Dayım oğlum Ağacan da maşında idi. Mağazaya girərək Xanımı gördüm. Xanım məni görsə də, özünü görməzlikdən gələrək guya kiminləsə telefonla danışmağa başladı və mağazanın daha arxa tərəflərinə doğru hərəkət etdi. Mən bir müddət uşaq paltarlarına baxaraq satıcı qadınla söhbət etməyə başladım, daha sonra isə Xanımın olduğu yerə tərəf getdim. Xanım hələ də telefonla danışırdı və arxası mənə tərəf idi. Əvvəlcə şalvarımın cibindən evdən götürdüyüm bıçağı çıxartdım, qolumu Xanımın boynuna doladım və ona uşaqdan uzaq durmasını tələb etdim. Daha sonra ona bıçaqla zərbə vurdum. Xanım zərbənin təsirindən yerə yıxıldı. Yerə düşəndən sonra da Xanıma zərbələr endirməyə davam etdim. Daha sonra mağazadan çıxdım. Mən çıxanda Xanım yerdə uzanıqlı vəziyyətdə idi və kömək çağırırdı. Onun huşu özündə idi”.  

Təqsirləndirilən şəxs qeyd edib ki, mağazadan çıxandan sonra taksiyə minib: “Bir qədər getdikdən sonra dayım oğluna Xanımı bıçaqladığımı dedim. Onunla birlikdə polisə gedib təslim oldum. Əməlimdən peşmanam. Xanımı öldürmək yox qorxutmaq məqsədim var idi. Mağazadan ayrılan zaman da onun ölmədiyini bilirdim, geri qayıdıb onu öldürə bilərdim. Xanıma bu qədər çox bıçaq zərbəsi endirməyimə səbəb 2-ci zərbədən sonra özümü itirməyim oldu”.

Məhkəmədə dindirilən Xanım Teymurova bildirib ki, 2016-cı ildə qeyri-rəsmi ailə həyatı qurublar və onların bir qız övladı var. Evli olduqları müddətdə münasibətləri heç vaxt yaxşı olmayıb: “Uşağın cinsiyyətinin qız olduğunu bildikdən sonra Eltonla mübahisələrimiz daha da artdı. Hətta o uşaq tələf olsun deyə hamilə olduğum zaman bir neçə dəfə məni çox pis döymüşdü. Qız övladı istəmədiyi üçün Elton məni evdən qovdu və uşağımla birlikdə öz ata evimə qayıtdım. Lakin bir müddət sonra Eltonun ailə üzvləri mənə hər şeyin düzələcəyi barədə vədlər verərək, aldadıb öz evlərinə apardılar. Eltonun evinə qayıtdıqdan sonra onun valideynləri, uşağımı əlimdən aldılar və evdən qovdular. Mən də valideynlərimə zəng etdim və xahiş etdim ki gəlib məni aparsınlar. Elə həmin gün də Eltonun evini tərk etdim. Eltonu ondan sonra ancaq cehiz əmlakın bölüşdürülməsi ilə bağlı keçirilən məhkəmədə görmüşəm. Ərimdən ayrılandan sonrakı müddətdə o durmadan mənə hədə-qorxu gəlirdi. Məni və qardaşımı öldürəcəyini dediyi üçün qızımı ondan ala bilmədim. Qızımı mənə verməməsinin səbəbi isə aliment vermək istəməməsi idi”.

Bıçaqlanan qadın deyib ki, 2020-ci ilin avqust ayında Nahid adlı şəxslə qeyri-rəsmi ailə həyatı qurub: “Bir ay sonra isə "Ucuzluq" geyim mağazasında işə başladım. İşə başladıqdan bir neçə gün sonra keçmiş qayınanam Gülcahanı işlədiyim mağazada gördüm. Bir-birimizlə heç nə danışmadıq. Günlərin birində həyat yoldaşım Nahidlə telefonla danışırdım, qəfil arxadan kimsə məni boğazımdan tutdu və möhkəm sıxdı. Başımı çevirən kimi boğazımdan sıxan şəxsin Elton olduğunu gördüm. O mənə əvvəlcə arxadan bıçaqla zərbə vurdu, daha sonra sinəmdən bıçaqla vurmağa başladı. Zərbələrin təsirindən yerə yıxıldım. Yerdə uzanıqlı vəziyyətdə olarkən, Elton mənə bıçaq zərbələri vurmaqda davam etdi. Bıçaqlanan zaman həyat yoldaşımla telefonda danışdığım üçün o qaçaraq işlədiyim mağazaya gəlib, məni xəstəxanaya çatdırıb”.

Xanım Teymurova qeyd edib ki, uşağı istəməyi barədə heç kimə heç nə deməyib:

“Ümumiyyətlə, Eltondan qorxduğum üçün belə bir fikri də olmayıb. Daha sonra da ikinci dəfə ailə həyatı qurduğu üçün qızımın atasında qalmasının ən düzgünü olduğunu düşünürdüm. Eltonun məni bıçaqlamasının əsl səbəbi ikinci dəfə ailə həyatı qurmağım olub. Eltonla barışmamışam və ona qanunvericilikdə nəzərdə tutulmuş cəza verilməsini xahiş edirəm”.  

Məhkəmənin hökmü ilə Elton Hüseynov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1986
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03